Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Paralimpiya Komitəsi iki paracüdoçumuzun yarışa buraxılmamasına aydınlıq gətirib - YENİLƏNİB

23.09.2019 13:42 3 967
Milli Paralimpiya Komitəsi iki paracüdoçumuzun yarışa buraxılmamasına aydınlıq gətirib - YENİLƏNİB
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov iki paracüdoçumuzun Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Priyə buraxılmamasına aydınlıq gətirib.

O, oxu.az-a açıqlamasında Vüqar Şirinli (-60 kq) və Bayram Mustafayevin (-66 kq) yarışda iştirak etməmə səbəbini izah edib:

“Vüqar Şirinli tibbi təsnifatdan keçərkən bizdən əlavə sənədlər istənildi. Artıq gec olduğundan, bu sənədləri yetişdirmək mümkün deyildi. Bayram Mustafayevə gəlincə, onun görmə qabiliyyəti ilə bağlı problem olmayıb.

B2 kateqoriyasında yarışıb əvvəl Paralimpiya Oyunlarının gümüş, iki dəfə dünya çempionatının və üç dəfə Avropa çempionatının qızıl medalını qazanmış bu idmançımızın görmə qabiliyyətində məhdudiyyət var.

Sadəcə olaraq, çəkiölçmə mərasimində onun çəkisi 66 kq-dan 370 qram artıq oldu. Bu üzdən Bayram yarışa buraxılmadı”.

* * * * *

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə Paralimpiya Oyunlarına lisenziya xalları verən paracüdo üzrə Qran-Pri start götürüb.

Oxu.az-ın xəbərinə görə, bu yarışa millimiz 16 idmançı ilə qatılmağı planlaşdırsa da, bu, son anda baş tutmayıb.

Belə ki, komandamız orda 14 idmançı ilə təmsil olunacaq. Bunlardan altısı kişi, səkkizi isə qadın paracüdoçulardır.

Ötən ilin dünya üçüncüsü, mayda Bakıda keçirilmiş Qran-Prinin qalibi Vüqar Şirinli yarışdan kənarlaşdırılıb. Onun görmə qabiliyyətində problem olmadığı tibbi təsnifat zamanı müəyyənləşdirilib. Beləliklə, bu gün start götürmüş 60 kq çəki dərəcəsində mübarizə idmançımız olmadan başlayıb.

Bundan başqa, Paralimpiya mükafatçımız, ikiqat dünya, üçqat Avropa çempionumuz, Bakıdakı Qran-Prinin gümüş medalçısı Bayram Mustafayev də eyni aqibətlə üzləşib. Ona görə də 66 kq çəki dərəcəsində bir idmançı – Namiq Abbaslı ilə təmsil olunacağıq.

Qeyd edək ki, kişi millimiz Namiq Abbaslı (-66 kq), Ramil Qasımov (-73 kq), Hüseyn Rəhimli (-81 kq), Rövşən Səfərov (-90 kq), Kənan Abdullaxanlı (-100 kq) və komandanın kapitanı İlham Zəkiyevlə (+100 kq) mübarizə aparacaq. Qadın millimiz isə Şahanə Hacıyeva (-48 kq), Səbinə Abdullayeva (-52 kq), Bəsti Səfərova (-52 kq), Afaq Sultanova, Sevda Vəliyeva (hər ikisi -57 kq), Xanım Hüseynova (-63 kq), Zülfiyyə Hüseynova (-70 kq) və Dürsədəf Kərimova (+70 kq) ilə təmsil olunur.скачать dle 11.3
Mojo.az Banner