Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Gülgünü vurub öldürən şəxs bank işçisi imiş — FOTO/VİDEO

21.09.2019 22:20 2 465
Gülgünü vurub öldürən şəxs bank işçisi imiş — FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzanı törədən şəxslə bağlı bir sıra məlumatlar əldə edib.

Məsələ burasındadır ki, Ramal Məmmədovun qəzanı törətdiyi maşınla təhlükəli manevrlər etməsiylə bağlı videolar da mövcuddur. O, məhz həmin gecə qırmızı işıqda keçərək məlum hadisəni törədib. Xoşbəxtlikdən hadisənin baş verdiyi an piyada keçidinin üzərində olan daha iki nəfər xəsarət almadan qəzadan yayına biliblər. Əslən Lənkərandan olan 28 yaşlı Məmmədov, "Kapital Bank"da çalışıb.

Mərhuma gəlincə, 2016-cı ildə Bakı Slavyan Universitetinin məzunu olan Gülgün Əmiraslanlı ali məktəbi bitirdikdən sonra özünü təkmilləşdirmək üçün fərqli zamanlarda ABŞ-da kurslar keçib. O, Azərbaycana qayıtdıqdan sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza”da çalışıb. Bir il öncə işə başlayan Əmiraslanlı, hadisənin baş verdiyi vaxt işdən qayıdırmış. Əldə etdiyimiz məlumata görə, Gülgün avtobusdan düşən zaman evdəkilərə zəng edərək, 5 dəqiqəyə çatacağını deyib.


Gülgüngil ailədə iki bacı, bir qardaş olublar. Əmiraslanlı özü isə subay imiş.


Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Hadisəni törədən Ramal Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3

Son xəbərlər