Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik Şəmkirdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb

21.09.2019 18:17 1 413
Nazirlik Şəmkirdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb
Şəmkir rayonunun Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 20-də saat 12 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində Gəncə şəhər sakini Ü.Şabanov idarə etdiyi "Niva-Chevrolet" markalı avtomobili aşırıb.

Nəticədə sərnişini, Gəncə şəhər sakini Asif Cəfərov hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.//milli.az

Son xəbərlər