Mojo.az Banner
14:27 9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI  |     13:18 Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib  |     13:13 "Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm" dedi... - 26 minlik dələduzluq  |     13:05 Məşhur stadion baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb (VİDEO)  |     13:00 Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək  |     12:53 Avqustun 13-dən sonra toy edəcəklərin nəzərinə  |     12:45 Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində YANĞIN  |     12:39 Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda  |     12:31 Səhv müdaxilə Azərbaycanda futbolçunun karyerasını bitirdi - VİDEO  |     12:25 Şəmkirdə iki yük avtomobili TOQQUŞUB - XƏSARƏT ALAN VAR  |     12:12 Astaranın iki kəndində qaz kəsiləcək  |     12:07 "Sabah"ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?  |     11:59 Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI  |     11:54 Netanyahu: "HƏMAS tərk-silah edilmədən Qəzzadan geri çəkilməyəcəyik"  |     11:45 Qayınatasını yumruqla vuraraq öldürən şəxsə hökm oxundu  |     11:40 Çində 18-ci mərtəbədən yıxılan 20 yaşlı qız sağ qalıb  |     11:34 Yay mövsümündə avtomobil sürdükdən sonra niyə radiatoru təmizləmək vacibdir? - Mütəxəssisdən açıqlama  |     11:20 İndoneziya sahillərində güclü zəlzələ baş verib  |     11:15 Britaniya həbsxanalarında yer çatışmır: Məhbuslar vaxtından əvvəl azadlığa buraxılırlar  |     11:07 Prodüser reper Kanye Uesti məhkəməyə verdi  |    
Left Banner
Right Banner

Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD - FOTO

20.09.2019 19:26 1 633
Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD - FOTO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədi ilə profilaktiki-maarifləndirici söhbətlər aparıb.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, tədbir zamanı piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da saxlanılıb. Yol polisləri həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq onlara yeraltı və yerüstü keçidlərdən istifadə etməyin bütün hərəkət iştirakçılarının təhlükəsizliyinə xidmət etdiyini bildiriblər. Bu tipli tədbirlər yalnız piyadaların inzibati qaydada cərimələnməsi məqsədi ilə keçirilmir. Belə tədbirlər zamanı piyadalarla yol polisləri maarifləndirici söhbətlər aparır bu da polisin cəmiyyət tərəfindən sevilməsi, vətəndaş məmnunluğunun yaranmasına gətirib çıxarır.

Tədbir zamanı yol polisi tərəfindən avtobus dayanacağını zəbt edən sürücülər də müəyyən edilib. Həmin sürücülərin bəziləri yol polislərinin xəbərdarlığından sonra etdikləri qayda pozuntularını anlayaraq nəqliyyat vasitələrini avtobus dayanacağından çıxarıblar. Amma dayanacağı zəbt edən və etdiyi bu qayda pozuntusuna haqq qazandıran sürücülərə də rast gəlinib. Avtobus dayanacağını zəbt edən və sahibi müəyyən edilməyən nəqliyyat vasitələri isə əraziyə çağırılan Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən evakuasiya edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən bundan sonra da mütəmadi olaraq profilaktik tədbirlər davam etdiriləcək.

скачать dle 11.3
Mojo.az Banner