Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

Alman deputat: Ermənistan ilkin mərhələ 5 rayonu qaytarmalıdır - VİDEO

18.09.2019 22:04 3 124
Alman deputat: Ermənistan ilkin mərhələ 5 rayonu qaytarmalıdır - VİDEO
Almaniya parlamentinin deputatı Helin Evrim Sommer Paşinyanla bağlı sosial şəbəkədə paylaşım edib.

“Paşinyanın Qarabağ - Ermənistandır bəyanatı sülh prosesinə əngəl törədir. Madrid prinsiplərinə əsasən Qarabağın statusu sonuncu mərhələdə müəyyənləşməlidir”.

Almaniyalı deputat rəsmi Bakının dediyini deyir. Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında da danışıqlar masasında Madrid prinsiplərinin olduğu açıq şəkildə qeyd olunurdu.

Ermənistan vaxtilə Madrid prinsipləri ilə razılaşmalı olub. Bu həll yoluna əsasən münaqişə mərhələli şəkildə həllini tapmalıdır. İlk mərhələdə, işğal altındakı 5 rayon Azərbaycana qaytarılmalı, sonrakı mərhələlərdə 2 rayonun qaytarılması məsələsinə baxılmalıdır.

Politoloqlar bildirir ki, Paşinyan hakimiyyətə gələndən sonra masa üzərində olan bütün razılaşmaları alt -üst edərək sülh prosesinə əngəl olur. Paşinyanın danışıqlar masasındakı razılaşmaları pozması, onun “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatları regionda sülh və humanizm dəyərlərinə zərbə vurur. Madrid prinsipləri ilə razılaşan Ermənistan bu gün bu qaydaları pozur.

Ermənistanın sülhü pozduğu təqdirdə rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq təşkilatların münaqişəyə dair qərar və qətnamələri əsasında BMT tərəfindən tanınan 86.6 min kv km-lik ərazisinin işğal altındakı hissəsini erməni silahlılarından təmizləyə bilər.//oxu.azскачать dle 11.3
Mojo.az Banner