Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı

18.09.2019 13:47 1 999
Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı
Gəncə şəhərində saxta dərman satışı ilə məşğul olan qadın saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əsasən originalları "Altes Farm” şirkətinə məxsus olan və hamilə qadınların istifadəsi üçün nəzərdə tutulan dərmanların saxtasını satan Musayeva İradə İlham qızı saxlanılıb.

Median.Az xəbər verir ki, faktı Baku.ws-in bölgə müxbirinə "Altes Farm” şirkətindən təsdiq ediblər.

Belə ki, saxta dərmanlar ölkəyə Gürcüstan Respublikasından qaçaq yolla gətirlib və İradə Musayeva bu dərman vaistələrini daha ucuz qiymətə satırmış.

Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, qadın dərmanları Abbas Səhət adına 1 saylı Xəstəxanaya və Pernatal Mərkəzdə satışını aparıb.Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər