Mojo.az Banner
12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir müavini: "Azərbaycan xaricdə növbəti şərab evi açacaq"

17.09.2019 21:53 2 203
Nazir müavini:
Azərbaycan Çində növbəti şərab evi açmağı planlaşdırır.

Median.Az
bildirir ki, bunu Trend-ə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, ikinci şərab evinin Urumçi şəhərində açılması planlaşdırılır:

"Ötən il biz Urumçidə birinci şərab evini açmışıq, bu ilin sonunadək ikinci şərab evinin açılması planlaşdırılır. Hazırda bu istiqamətdə işlər davam edir. Çində artıq iki şərab evi fəaliyyət göstərir, onlardan biri Şanxayda yerləşir".

R.Məmmədov qeyd edib ki, Azərbaycan xaricdə şərab evləri coğrafiyasını, eləcə də şərab sənayesinin ixrac potensialını genişləndirmək niyyətindədir:

"Şərab məhsulunun tədarük həcmi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur, ona görə də Azərbaycan şərablarına böyük tələbatı nəzərə alaraq biz potensial bazarlara ixrac həcmini artırmaq niyyətindəyik. Azərbaycan şərab məhsullarının əsas satış bazarı Rusiya və Çindir. Xaricdə Azərbaycanın nar şərablarına daha çox tələbat var. Dünya bazarında ənənəvi şərab istehsalçılarının ciddi rəqabətinə baxmayaraq, biz "Made in Azerbaijan" brendini yeni bazarlara çıxarırıq və bu kursu gələcəkdə də davam etdirəcəyik".

Nazir müavini əlavə edib ki, bu məhsulun özünəməxsusluğunu nəzərə alsaq, hər ölkəyə fərdi yanaşma tətbiq olunur, yəni ixrac üçün potensial bazarlarda daha çox tələbatın olduğu şərab növləri təklif olunur.скачать dle 11.3
Mojo.az Banner