Mojo.az Banner
Son Xəbərlər
22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iki ayrı rayonda iki nəfəri bıçaqladılar

16.09.2019 20:47 1 348
Bakıda iki ayrı rayonda iki nəfəri bıçaqladılar
Bakıda iki bıçaqlanma hadisəsi baş verib.

Median.Az
 oxu.az-a istinadən xəbər verir ki, hadisələr paytaxtın Sabunçu və Nizami rayonlarında olub.

İlk hadisədə Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Hüseynov Seymur Elbrus oğlu xəsarət alıb.

O, ötən gün saat 20:00 radələrində Klinik Tibbi Mərkəzə daxil olub.

İlkin məlumata görə, zərərçəkmiş Binəqədi şossesindən xəstəxanaya aparılıb.

Lakin araşdırma zamanı cinayətin Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində törədildiyi, yəni polisə səhv məlumatlar verildiyi məlum olub. Zərərçəkmiş şəxsin oğurluq və yetkinlik yaşına çatmayan şəxsin cinayət fəaliyyətinə cəlb edilməsinə görə məhkumluğu olub.

S.Hüseynov Maqa ləqəbli əvvəllər məhkum olunmuş bir adamla mübahisə edib. Hazırda Sabunçu rayonu 12-ci polis bölməsinin əməkdaşları tərəfindən sonuncunun axtarışı aparılır.

Qeyd edək ki, bıçaqlanma məişət zəminində münasibətlərin aydınlaşdırılması zamanı baş verib.

Daha bir bıçaqlanma hadisəsi saat 16:55-də Naxçıvanski küçəsində baş verib. 1983-cü il təvəllüdlü Abdullayev Malik Qalib oğlu sinəsindən bıçaq yarası alıb və ağır vəziyyətdə Su-tikinti Şəhər Xəstəxanasına çatdırılıb.

M.Abdullayevi kimin yaraladığı məlum deyil. Xəstənin vəziyyəti ağır olduğu üçün polis əməkdaşları onu dindirə bilməyiblər.

Faktlarla bağlı istintaq davam edir.скачать dle 11.3

Son xəbərlər