Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı keçmiş arvadını amansızlıqla qətlə yetirdi - FOTO/VİDEO

14.09.2019 16:47 5 112
Azərbaycanlı keçmiş arvadını amansızlıqla qətlə yetirdi - FOTO/VİDEO
Sentyabrın 13-də Kiyevin Kirillo-Mefodiyev prospektində faciəvi hadisə baş verib.

Kişi keçmiş həyat yoldaşını evin eyvanında qətlə yetirib. Qətlə yetirilən şəxsin 23 yaşı olub. Qadın təcili yardım gələnə qədər aldığı xəsarətlərdən yerində keçinib. Qatil isə hadisə yerindən qaçıb.

Hadisə saat 19:00 radələrində baş verib.

Mərhumun nənəsinin sözlərinə görə, qız onunla bir neçə il görüşüb, sonra isə azərbaycanlı ilə nikaha daxil olub. Onlar yarım il evli qaldıqdan sonra qadının istəyi ilə ayrılmaq qərarı veriblər.

Kişi isə boşanmaya qarşı çıxaraq onu təqib etməyə başlayıb. Nənə onların evli olduğu vaxtda qadının dəfələrlə bədəninin müxtəlif yerlərindəki “göylər”lə anasının və nənəsinin evinə gəldiyini də əlavə edib.

Sentyabrın 13-də, axşam saatılarında mərhum valideynləri ilə birlikdə yaşadığı evə qayıdıb. Qonşuların dediyinə görə, qadın bloka qaçarkən kişi onu təqib edib və onların qışqırıq səsləri gəlib.

Qaçmağa çalışan qızı blokda yaxalayan qatil ona bıçaq zərbələri endirib. Qız əvvəlcə əl çantası ilə zərbələrdən yayına bilsə də, kişinin sinəsinə vurduğu zərbədən yerə yıxılıb.

Qışqırığa qonşular və mərhumun ailəsi gəlib. Lakin qatil naməlum istiqamətdə yoxa çıxıb.

Hazırda polis qatilin axtarışı ilə məşğuldur. Qızın nənəsinin məlumatına görə, kişi tez-tez işləmək üçün Moskvaya gedib. Buna görə asayiş keşikçiləri onun getməyə cəhd göstərə biləcəyini düşünür. Hadisə yerində patrul əməkdaşları, həkimlər və istintaq-əməliyyat qrupu çalışıb.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.







Son xəbərlər