Tanınmış xeyriyyəçinin xəstəxanaya çevrilmiş evi məhv olmaq təhlükəsi qarşısında - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Əli Mirəliyevlə Elariz arasında qalmaqal: ABŞ-dan gələn suala cavab  |     23:00 Ukrayna Pokrovsk yaxınlığında daha bir kəndi azad etdi (VİDEO)  |     22:54 Əmisi oğlundan borc istədi, evdə olmadığını bilib oğurluğa getdi  |     22:46 Azərbaycanda yerli turistlər ən çox nələrə pul xərcləyir? (SİYAHI)  |     22:40 Mal ətinin kilosu 20 manata qədər qalxacaq? (İDDİA)  |     22:32 Sumqayıtda iki dəvəquşu və 13 tutuquşu IDEA tərəfindən xilas edilib - Video  |     22:26 Tiktoker Xosrov həbs olundu  |     22:19 Ruben Vardanyanın məhkəməsi davam etdirilib  |     21:55 Prokurorluq orqanlarında İŞLƏMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ  |     21:48 Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib  |     21:46 Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən MƏHDUDLAŞDIRILACAQ  |     21:27 Azərbaycanda pul bazası azalıb  |     21:17 Şahbaz Şərifi Rusiyaya səfərə dəvət etdi  |     21:10 Şirvanda avtoxuliqanlıq edən sürücü həbs olundu  |     21:04 Ana və körpə ölümü azalıb  |     20:59 Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlandı  |     20:54 Çıxışı qadağan edilmiş 590 nəfərin Azərbaycanı tərk etməsinin qarşısı alınıb  |     20:48 Gədəbəydə dağlıq ərazidə yanğın olub - Video  |     20:42 Əfqanıstanda yenidən zəlzələ baş verib  |     20:36 Britaniya Rusiyaya qarşı yeni sanksiyaları elan etməyə hazırlaşır  |    

Tanınmış xeyriyyəçinin xəstəxanaya çevrilmiş evi məhv olmaq təhlükəsi qarşısında - VİDEO

Tanınmış xeyriyyəçi Balabəy Tağızadənin XIX əsrə aid olan, tarixi abidə sayılan evi bərbad vəziyyətdədir.

Bərdənin Həsənqaya kəndində yerləşən, xüsusi görünüşü ilə seçilən 30 otaqdan ibarət olan abidə çürüyərək sıradan çıxıb.


Dövlət əhəmiyyətli memarlıq abidəsi 9 saylı inventar kimi rayon mədəniyyət şöbəsi tərəfindən qeydiyyata götürülüb. Lakin abidənin eyvan, döşəmə, qapı və pəncərələri baxımsızlıqdan çürüyərək sıradan çıxıb. İkinci mərtəbənin tavanı isə yağış sularının sızması nəticəsində yararsız hala düşüb.

Bundan başqa, binanın arxa divarlarında bəzi çatlar da yaranıb.

Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov bildirir ki, Rayon Mədəniyyət və Turizm Şöbəsi abidəyə mütəmadi nəzarət edir. Tarixi binanın restavrasiya edilməsi ilə bağlı nazirliyə də müraciət olunub.

Bina hazırda kənd xəstəxanası kimi fəaliyyət göstərir.

Qeyd edək ki, abidənin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, evin istilik, kanalizasiya sistemi və su xətti hələ də işlək vəziyyətdədir.
/oxu.az/




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 763 14.09.19 14:48