Mojo.az Banner
21:02 Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək  |     20:56 Şənbə günü 28° isti olacaq  |     20:50 Lombarda ödənişləri etsə də, qızılını geri ala bilmir - VİDEO  |     20:43 Bakıda bu zolaqlar qüvvədən düşür - SABAHDAN  |     20:38 270 min hektardan çox ərazi mina və hərbi sursatdan təmizlənib  |     20:29 "Space" TV-də 2 aydan çox yığılıb qalan borclar bağlandı  |     20:23 İstidə buz kimi ayran içənlərə XƏBƏRDARLIQ  |     20:15 Xalq artistinin qardaşı ağır əməliyyat keçirdi  |     20:10 Çimərliyə gedənlərin nəzərinə: Virusa yoluxa bilərsiniz  |     20:07 Evi təmizləyəndə çıxan toz da hantavirus yarada bilər  |     19:52 BMT baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub  |     19:46 Kim Çen In Prezident İlham Əliyevi təbrik edib  |     19:36 Qurbanlıq heyvanların satışı və kəsiminə nəzarət gücləndirilir - Video  |     19:18 Qızılbalıqdan belə daha çox D vitamini olan 3 məhsul  |     19:17 Müəllimlərin NƏZƏRİNƏ: Sabahdan vakansiya seçiminə start verilir  |     19:05 SEPAH: Hörmüz boğazından 35 gəmi keçib  |     18:51 Bakının daha bir küçəsində minib-düşmə yeri təşkil edildi - FOTO  |     18:41 Bəzi rayonlarda yağış yağır, Göyçaya dolu düşüb - FAKTİKİ HAVA  |     18:38 Leyla Əliyeva yeni şeirini təqdim edib - FOTO  |     18:14 Dələduzluqda təqsirləndirilən sabiq PARTİYA SƏDRİNƏ HÖKM OXUNDU  |    
Left Banner
Right Banner

Azərbaycanda yeni doğulmuş körpələrin əsas ölüm səbəbi açıqlandı

13.09.2019 19:20 1 494
Azərbaycanda yeni doğulmuş körpələrin əsas ölüm səbəbi açıqlandı
Erkən doğulan körpələrdə infeksiya riski, tənəffüs yolları, böyrək xəstəlikləri və zəif inkişaf etmiş orqan sistemləri ilə bağlı problemlərə rast gəlinir.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov məlumat verib.

O bildirib ki, bu gün doğumların 8-10 faizi erkən doğumların payına düşür:

“Ən çox problemlər məhz vaxtından əvvəl doğulan körpələrdə müşahidə edilir. Onlarda ilkin olaraq tənəffüs yolları və bətndaxili infeksiyalar üstünlük təşkil edir. Bundan başqa, yeni doğulmuşlarda doğuş zədələri, hava çatışmazlığı (asfiksiya və hipoksiya), irsi xəstəliklər, anadangəlmə qüsurlar və s. problemlər müşahidə edilir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni doğulmuş uşaqlarda ölümün ən birinci səbəbi yetkinsizliklə əlaqədardır. Bunun səbəbi isə anaların hamiləlik müddətində həkimə müraciət etməməsi, zəruri olan yoxlamalardan keçməməsidir. Zamanında müraciət edilmədiyi üçün bu kimi problemlər və onların yaratdığı fəsadların qarşısını almaq mümkün olmur”.

R.Hüseynov deyib ki, son illərdə yeni doğulmuş körpələrdə müşahidə edilən xəstəliklərdə artım olmasa da, vəziyyət ötən illərdəki kimi stabildir:

“Tibbin inkişafı nəticəsində müəyyən xəstəliklərin artıq müalicəsi də mümkündür. Eyni zamanda, həkimlərimiz də xarici ölkələrdə təkmilləşmə kursları keçirlər. Həkimlərimizin öz ixtisasları üzrə peşəkarlaşmasına baxmayaraq, bu kimi problemlərdə analar özləri diqqətli olmalıdırlar. Çalışırıq ki, ümumiyyətlə, doğumlarda vaxtından əvvəl doğulanların sayı azalsın. Bu gün doğumların 8-10 faizi erkən doğumların payına düşür”.

Onun sözlərinə görə, Azərbaycanda doğuş zədəsi ilə doğulan uşaqların sayı ötən illlərə nisbətən azalıb:

“Ötən illərlə müqayisədə, doğuş zədələri, anadangəlmə qüsurlu körpələrin sayı azalsa da, asfiksiya, erkən doğum və ana bətnində infeksiyalara yoluxmadan sonra yaranan septiki proseslər, qüsurların yaranması ilə bağlı problemlər stabil olaraq qalıb”.//oxu.azскачать dle 11.3
Mojo.az Banner