Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |    
Mojo.az Avto
Mojo.az Avto

“Kişilərin yanına gedə bilməyənlər mənə müraciət edir” - Avtomobil ustası - VİDEO - FOTO

12.09.2019 19:31 2 576
“Kişilərin yanına gedə bilməyənlər mənə müraciət edir” - Avtomobil ustası - VİDEO - FOTO
Nüşabə Şərifova ixtisasca tibb işçisidir. Deyir usta peşəsinə marağı onda atası oyadıb.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, uşaqlıqda atasına öz maşınını təmir etməkdə yardımçı olan Nüşabədə bu işə gizli bir sevgi və həvəs yaranıb. Rusiyada tibb təhsili aldıqdan sonra bir qədər səhiyyə sahəsində, daha sonra satış assisenti və sahibkar kimi fəaliyyət göstərsə də maşın təmiri sevdası onu arzularının arxasınca aparır.

Nüşabə Şərifova - Avtomobil Ustası: "Bu işdə özümü tapmışam. Mühərrik ustasının yanında şagird olsam da, kaş sürətlər qutusunu öyrənməyə çoxdan gələrdim. Bu işdə kişilər çalışdığına görə, tək qadın mənəm. Bu səbəbdən biraz çətinliklərlə rastlaşmışam. Amma öhdəsindən gəlmişik".

Nüşabə xanım avtomobil təmiri sahəsində çalışmağa başlayanda, etiraz etməsinlər deyə bunu bir müddət ailəsindən gizli saxlamalı olur.

Nüşabə Şərifova - Avtomobil Ustası: "1 il, il yarım hamıdan gizlənmişəm, nə işlə məşğul olduğumu demirdim. Çünki tam hazır deyildim. Amma indi əminliklə hamı, qohum-əqrabalar, anam, qardaşım, bacılarım hamısı bilir. Hətta qohumlardan müraciət edənlər də var".

Qəhrəmanımız xanım sürücülərdən də danışır. Deyir ki, servisə gələn qadın sürücülərin əksəriyyəti məhz ona görə bura üz tuturlar. Çünki onlar qadın ustanın yanında özlərini daha rahat hiss edirlər. Nüşabə usta onu da əlavə edir ki, qadın sürücülər kişilərə nisbətdə daha çox öyrənməyə meyillidir.

Nüşabə Şərifova - Avtomobil Ustası: "Bu sənətdə olmağımın üstünlüklərindən biri odur ki, kişi ustaların yanına gedə bilməyən qadın sürücülər mənə müraciət edirlər. Qadın olduğuma görə, onların kaprizlərini, təbiətini asanlıqla anlayıram. Qadın sürücülər hər şeylə maraqlanırlar".

Xanım ustanın gələcəkdə qadın sürücülərə özəl avtoservis açmaq kimi bir ideyası da var. Deyir, istəyirəm burada elə bir şərait olsun ki, qadınlar bura uşaqları ilə gələ bilsinlər. Burada müxtəlif əyləncə vasitələri olsun ki, uşaqlar da təmir müddətində yorulmasınlar. Ən əsası qadınlar burada özlərini rahat hiss etsin. Lakin bu iş maddiyyata bağlı olduğundan hələlik xanım usta üçün arzu olaraq qalır.

Son xəbərlər