Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

679 və 663 bal toplayan əkiz qardaşlar bu ali məktəbi seçdi

11.09.2019 14:13 1 921
679 və 663 bal toplayan əkiz qardaşlar bu ali məktəbi seçdi
Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasını seçiblər.

Ali Məktəbdən azxeber.com-a bildirilib ki, Neft-qaz sənayesinə maraq atalarının uzun illər SOCAR-ın Qaz İxrac İdarəsində işləməsi ilə yaranıb. Bununla belə, valideynləri onların ixtisas seçimlərinə heç bir müdaxilə etməyiblər. Onlar ixtisasları üzrə Bakı Ali Neft Məktəbində peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər.

Rəşad deyir ki, əkiz olduqları üçün maraq dairələri də eynidir. Hər ikisi tennis oynamağı çox sevirlər. Əkizlər BANM-də eyni ixtisasla yanaşı, həm də, eyni qrupda təhsil alacaqlar.

Hər iki qardaş Bakı şəhəri 147 saylı Texniki Humanitar liseyinin məzunudurlar.

Rəşad Azadlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə daxil olmuş Prezident təqaüdçülərindən biri olub.

Qeyd edək ki, müvafiq Sərəncamla yeni tədris ilində 23 BANM tələbəsi Prezident təqaüdü alacaq.скачать dle 11.3

Son xəbərlər