Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Təmassız ödənişlərdə limit artırılır

10.09.2019 17:54 4 015
Təmassız ödənişlərdə limit artırılır
Təmassız (contactless) kartlarla ödənilən vəsaitlərin həcmi 2,5 dəfə artırılaraq, 20 manatdan 50 manata çatdırılıb.

Bunu Bakıda "Visa Token" sisteminin təqdimatına həsr edilmiş mətbuat konfransında çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.

O bildirib ki, bu, həmin kartlardan daha geniş istifadəyə şərait yaradacaq.

"Visa Inc." şirkətinin Qafqaz regionu üzrə yeni direktoru Kristina Doros isə "Visa kartları ilə aparılan ümumi transaksiyaların təxminən 70-80 faizi kontaktsız transsaksiyaların təşkil etdiyini deyib:

"Kontaktsız transsaksiya insanları kiçik məbləğlərdə ödənişlər zamanı yaşanan problemlərdən qurtaracaq. Restoranlarda və ya hər hansı kafedə kofe alanda, bir dollar qədər olan ödənişlərin plastik kart vasitəsilə ödənişi çətindir.

Təmassız ödəniş zamanı isə bu çox rahat şəkildə gerçəkləşdirilə bilər. İnsanlar üçün bu cür az məbləğli ödənişlərdə təmassız ödəniş sistemi əlverişlidir. Bu xidmətin təşkili istiqamətində qamunvericilik normaları da nəzərə alınır.

Aidiyyəti qurumlarla bu barədə danışıqlar aparılır ki, hər kəs bu xidmətdən rahat şəkildə istifadə etsin".

O qeyd edib ki, təmassız ödəniş transsaksiyalarının 40 dollara qədər limitli olmasına çalışılır:

"Tranzaksiyaların 80 faizi 40 dollar civarında olur. Buna görədə limit dərəcəsinin ilkin mərhələdə 40 dollar dəyərində olması düşünülür".
/oxu.az/

Son xəbərlər