Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Dima Bilan tamaşaçılardan üzr istədi

10.09.2019 12:05 4 604
Dima Bilan tamaşaçılardan üzr istədi
Ötən gün Rusiyanın Samara şəhərində şəhər gününə həsr olunmuş ulduzların iştirakı ilə xalq konserti keçirilib. Sənətçilərin arasında məşhur müğənni Dima Bilan da olub. Pop ulduzun səhnədəki qeyri-etik hərəkətləri və ifası zamanı xaric oxuması konserti izləməyə gələn tamaşaçıları yaman qəzəbləndirib.

Sosial media istifadəçiləri "Instagram"da Bilanın hesabına "hücüm çəkiblər". Onlar incəsənət təmsilçisinin özünü belə nalayiq aparmasını yolverməz sayıb, onu "topa tutublar". Samara sakinləri Dima Bilanın nəinki özünə, eləcə də konserti seyr etməyə gələn tamaşaçılara hörmət etmədiyini yazaraq, özlərini müğənni tərəfindən təhqir edilmiş saydıqlarını bildiriblər.

Yaşanan qalmaqallı hadisə ilə bağlı Dima Bilan şəxsi "Instagram" hesabı vasitəsi ilə Samara sakinlərindən üzr istəyib. O, görüntülü mesajında etiraf edib ki, səhnəyə içkili vəziyyətdə çıxıbmış:

"Dostlar, ötən axşam baş verən Samara konsertində baş verən xoşagəlməz hərəkətlərimə görə hamıdan üzr istəyirəm. Səhv etdim. Səhnədə sərxoş oldum. Soyunma otağında, hoteldə dostlarla görüşdüm və alkoqollu içki içdim. Hər şeyin bu cür olacağını düşünməmişdim, çünki sağlam həyat tərzi sürürəm. Yəqin ki, həyatımda alkoqoldan istifadə etmədiyim üçün o, mənimlə dəhşətli bir zarafat etdi".

Dima Bilan Samarada pulsuz konsert verəcəyini və bundan əlavə, uşaqların müalicəsi üçün xəstəxananı lazımi aparatlarla təmin edəcəyini də dilə gətirib:

"Çox yaxın zamanda Samarada böyük konsert verəcəyəm. Sakinlərin önünə çıxıb, onların gözlərinə baxaraq, səmimi şəkildə hər birindən üzr istəyəcəyəm. Ümüd edirəm ki, siz mənim üzrxahlığımı qəbul edəcəksiniz. Çünki etdiyim hərəkətlərimdən çox utanıram. Bundan əlavə, şəhər rəhbərliyi ilə danışıb, öz hesabıma uşaqlar üçün oyun meydançası tikdirəcəyəm. Həmçinin, uşaqların müalicəsi üçün xəstəxanaya lazımi aparatların çatdırılmasını da təmin edəcəyəm".

Müğənni Dima Bilan dinləyicilərini hədsiz dərəcədə sevdiyini və onlara hörmət etdiyini vurğulayıb. O, bundan sonra belə bir halın təkrarlanmayacağını, sənətçi kimi xalq qarşısında məsuliyyət daşıdığı və səhv etmək hüququnun olmadığını bildirib.скачать dle 11.3
Mojo.az Banner