Mojo.az Banner
18:12 Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır  |     18:04 Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA  |     17:59 Paytaxtda sərnişinlər kondisionerli dayanacaqdan istifadə edə bilmirlər - Video  |     17:52 Ombudsman Çağrı Mərkəzinə ən çox hansı qurumla bağlı şikayətlər olur?  |     17:47 Sükan arxasında yuxulayan sürücü və həyat yoldaşı öldü  |     17:40 Yasamalda mənzildən oğurluq edildi  |     17:38 Bəzi məhsullar 15 il müddətində gömrük rüsumlarından azad olunur - FƏRMAN  |     17:34 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi  |     17:29 Şənbə günü 38 dərəcə isti olacaq  |     17:22 15 yaşlı qız beş qohumunu amansızcasına qətlə yetirdi - ABŞ-də dəhşət  |     17:18 Dünya çempionatının final matçı təxirə salına bilər  |     17:10 Kuryerə qarşı soyğunçuluq edildi  |     17:05 Azad edilmiş ərazilərdə 287 385 ha minadan təmizlənib  |     16:57 Yas mərasimlərində 48 nəfər zəhərlənib  |     16:52 İmişlidə çətənə kolları yetişdirən şəxs saxlanıldı  |     16:45 Yeniyetmələr arasında energetik içkilərin istehlakı artır  |     16:40 Mənşəyi məlum olmayan 30 tondan çox ət məhv edilib  |     16:33 Aldığınız evin sahəsi niyə sənəddə az göstərilir? - Ali Məhkəmə fərqi izah etdi  |     16:27 Quzu əti niyə fərqli qiymətlərə satılır? - Video  |     16:20 Xankəndidə ev yandı  |    
Left Banner
Right Banner

Ərindən qaçan şahzadəni qardaşı xilas etdi - FOTO

09.09.2019 23:49 2 711
Ərindən qaçan şahzadəni qardaşı xilas etdi - FOTO
İordaniya kralı Abdullah şahzadə Həyya və övladlarını məcburi şəkildə Dubaya qayıtmaqdan xilas edib.

Həyyanın qardaşı, İordaniya kralı II Abdullah onu İordaniyanın Londondakı səfirliyinin rəhbərinin müavini təyin edib.

Sentyabrın 2-də II Abdullah bacısı Şahzadə Həyyanın bu vəzifəyə təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Weekly Blitz" və "Əl-Quds Əl-Ərəbi" media agentliyinin yaydığı xəbərə görə, bu qərar avqustda şahzadənin vəkili ilə uzun məsləhətləşmələrdən sonra qəbul edilib, amma cəmi bir həftə öncə qüvvəyə minib.

Məsələ bundadır ki, Həyya məhkəmədən onu qəyyumluqla təmin etməsini, qızını məcburi nikahdan qorumasını istəyib, eyni zamanda şahzadə özünə və övladlarına xüsusi mühafizə ayırılmasını istəyib. Belə bir vəsatət, şeyxin qızları Şahzadə Şəmsa və Lətifəni məcburi şəkildə Dubaya qayıtmaqdan da xilas edəcək. İngiltərə şahzadənin qorunma və sığınacaq üçün müraciətini rədd edib. Buna görə İordaniya kralı belə bir addım atmağa məcbur qalıb.

İordaniyanın xarici işlər naziri Ayman Safari kralın bu qərarını pisləyib. O, bu təyinatın İordaniya ilə İngiltərə arasındakı münasibətlərə "zərər verəcəyini" düşünür. Lakin bu gündən etibarən şahzadə Həyya, oğlu və qızı diplomatik toxunulmazlığa sahibdir və Britaniya hakimiyyəti onları BƏƏ-yə və əri Şeyx Məhəmmədə təhvil verə bilməz.

Qeyd edək ki, bu ilin yazında şahzadə Həyya oğlu və qızı ilə birlikdə ərindən - Dubay əmiri Məhəmməddən qaçıb. 30 və 31 iyul tarixlərində London məhkəməsində iki məhkəmə iclası keçirilsə də, Məhəmməd hər iki iclasa qatılmayıb.

скачать dle 11.3
Mojo.az Banner