Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin sərgisində - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |     20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |    

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin sərgisində - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda yerləşən “Elektra Events Hall”da nazirliyin sosial müəssisələrinin sakinlərinin, əsasən sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Bahar sevincləri” adlı sərgisi və konsert proqramı təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə bir sərginin nazirlik tərəfindən son bir il ərzində artıq üçüncü dəfə keçirildiyini bildirib.

“Bahar sevincləri” şənliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən sosial müəssisə sakinləri, ictimai birliklər, nazirliyin himayəsində olan inklüziv teatr və yaradıcılıq birlikləri öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin əl işlərindən ibarət sərgiyə baxıb. Rəssamlıq, bədii oyma, toxuculuq növləri üzrə təqdim olunan əl işlərində müəlliflərin həyata nikbin baxışları, arzu və düşüncələri, Vətənə sevgi hissləri, Azərbaycan təbiətinin gözəllikləri, zəngin milli-mənəvi dəyərlərimiz ifadə olunub.

Qeyd edilib ki, hər bir sosial müəssisədə sakinlərin yaradıcılıq meyilləri nəzərə alınmaqla müxtəlif dərnəklər, təlim kursları təşkil olunub, onların müvafiq incəsənət sahələrində bacarıq və qabiliyyətləri inkişaf etdirilir.

Əl işlərinin müəllifləri ilə söhbət edən Leyla Əliyeva onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Milli kulinariya guşəsində uşaqlar qutab bişirmə, yuxa yayma, düşbərə bükmə qabiliyyətlərini nümayiş etdiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti xalçaçılıq guşəsi ilə tanış olub, xalça toxuyan gənclərlə söhbət edib.

İdman guşəsi ilə tanış olan Leyla Əliyeva burada Boccia İdman Federasiyasının idmançıları ilə görüşüb. Azərbaycanda boccia idmanı Leyla Əliyevanın təşəbbüsü ilə yaradılaraq ildən-ilə inkişaf edib. Bu idman növü üzrə milli komandamız beynəlxalq yarışlarda artıq ilk qələbələrə imza atıb.

Əlilliyi olan şəxslər boccia, qılıncoynatma, parataekvondo, oxatma, güllə atıcılığı növlərində öz məharətlərini göstəriblər.

Leyla Əliyeva idmançılara yeni-yeni uğurlar arzulayıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 623 19.04.19 23:40