Rusiyada ağır qəza: altı azərbaycanlı öldü - YENİLƏNİB + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     13:06 Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR  |     12:31 Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ  |     12:29 Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı  |     12:14 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb  |     12:10 Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA (VİDEO)  |     12:09 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     12:00 DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  |     11:59 Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb  |     11:58 Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri isə yandırılıb  |     11:57 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:56 Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb  |     11:55 Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb  |     11:55 Ukrayna Belqoroda dronla zərbə endirib: Azı altı nəfər həlak olub, çoxlu sayda xəsarət alan var  |    

Rusiyada ağır qəza: altı azərbaycanlı öldü - YENİLƏNİB + VİDEO

Rusiyanın Qafqaz magistralında baş verən qəza nəticəsində ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır.


Bununla bağlı “İnterfax” məlumat yayıb.

Bildirilib ki, qəza zamanı mikroavtobusda 8 nəfər olub.

İlkin versiyaya görə, qəzaya “QAZ-66” markalı avtomobilin sürücüsü sükan arxasında yatması səbəb olub.

* * * * *

Azərbaycandan Moskvaya gedən mikroavtobusun qəzaya düşməsi nəticəsində altı nəfər ölüb.

“Ren” TV-nin yaydığı məlumata görə, hadisə yerli vaxtla 05:30-da Qafqaz magistralının 252-ci kilometrliyində, Nevinnomıssk rayonunda qeydə alınıb.

Qəza zamanı “Mercedes Vito” və “QAZ-66” markalı avtomobillər toqquşub. Hadisəyə “QAZ-66” markalı avtomobilin qarşı yola çıxması səbəb olub.

Hadisə zamanı altı nəfər ölüb, beş nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Mikroavtobusun Azərbaycandan Moskvaya doğru hərəkət etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 184 06.03.19 11:56