İnvestorlar təlaş içində: Venesuelada neft böhranı yaşanır » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:20 Keçmiş məhkumlar narkotiklə tutuldular  |     16:12 PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”  |     16:07 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |     14:59 Azərbaycanda zəlzələ olub  |     14:41 Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ  |     14:19 Bakıda 55 yaşlı qadının meyiti tapıldı  |     14:10 Bakıda ağacəkmə aksiyası keçirilib  |     14:09 Əli Əsədov Türkiyəyə səfər edəcək  |     14:07 Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - FOTO/VİDEO  |     14:05 Xətaidəki qəzada 13 yaşlı oğlan xəsarət alıb  |     14:05 Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb  |     13:45 Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA  |     13:44 Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib  |     13:43 Samuxda narkotik yetişdirən şəxs saxlanıldı - FOTO  |     13:41 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:39 Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq  |     13:31 Beyləqanda dörd narkotacir ələ keçdi  |     13:30 Bakının bir yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı  |     13:29 Orqanizmi xərçəngdən qoruyan VİTAMİN  |     13:27 Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar - SƏBƏB  |    

İnvestorlar təlaş içində: Venesuelada neft böhranı yaşanır

Venesuelada neft sənayesi uçurumun astanasındadır.

Bu barədə WSJ qəzeti məlumat yayıb.

“ABŞ sanksiyaları ona gətirib çıxarıb ki, Maduro hökuməti nefti xarici bazara çıxara bilmir. Hasil olunduqdan sonra neft daxili anbarlara yığılır”, - deyə WSJ yazır.

“ABŞ-ın Venesuelanın PDVSA dövlət şirkətinə qarşı sanksiya tətbiq etməsindən sonra Venesuela neftinin ixracatı kəskin şəkildə azalıb. Ağ Evin addımları ölkənin neft sənayesini uçuruma aparır. Yaranmış vəziyyətin dünya bazarlarına əvvəl düşünüldüyündən də böyük təsir göstərəcəyi gözlənilir”, - deyə məqalədə qeyd olunur.

“Bu, əsl fəlakətdir. Neftin nəql olunması üçün heç bir imkan yoxdur”, - yerli neftçilər ittifaqının lideri Luis Ernandes qəzetə verdiyi açıqlamada bildirib.

Venesuela nefti daxili neft anbarlarına doldurulur və xarici bazara, demək olar ki, çıxarılmır. Ölkədə yaşanan siyasi-iqtisadi böhran fonunda Maduro hökuməti hər vəchlə ABŞ-dan müstəqil olaraq xam neft tədarük sxemi qurmağa çalışır.

ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər, o cümlədən, neft gəlirlərinin müxalifət lideri Xuan Qauidonun sərəncamına yönləndirilməsi Maduronun neft ödənişlərini qəbul etməsinə əngəl yaradır.

Digər tərəfdən, istehsalatdakı durğunluğa ixtisaslı-peşəkar işçilərin gündən-günə azalması təsir göstərir. Ölkədə baş alan hiperinflyasiya və maaşların gecikməsi fonunda neftçilər kütləvi şəkildə ölkəni tərk edib.

Bundan başqa, kükürd miqdarı çox olan ağır Venesuela neftinin emala yararlı etməkdən ötrü ona daha yüngül neft əlavə etmək lazım gəlir. Bu isə hazırda kifayət qədər problemli məsələdir. Rusiyanın “Lukoyl”, İspaniyanın “Repsol SA”, ABŞ-ın “Chevron Corp” şirkətləri ilə əlaqəli neft məhsullarını daşıyan tankerlər ötən həftə saxlanılaraq geri göndərilib. Nəşrin məlumatına görə, buna səbəb ödənişlə bağlı ortaya çıxan problemlər olub.

“Reuters”in məlumatına görə, Meksika körfəzində əsl “tanker donanması” formalaşıb. Hər birində 7 milyon barel Venesuela nefti olan tankerlər hələ ABŞ sanksiyaları qüvvəyə minməzdən əvvəl alınsa da, sahibləri yeni alıcı tapmaqda çətinlik çəkir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 395 05.02.19 15:20