Azərbaycan postsovet məkanının ən nəhəng silah ixracatçısıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     13:06 Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR  |     12:31 Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ  |     12:29 Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı  |     12:14 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb  |     12:10 Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA (VİDEO)  |     12:09 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |    

Azərbaycan postsovet məkanının ən nəhəng silah ixracatçısıdır

“Howmuch” saytı dünya problemlərini araşdıran Stokholm Beynəlxalq İnstitutunun (SIPRI) və Beynəlxalq Bankın 2016-2017-ci ildəki məlumatları əsasında dünyanın silah bazarının ixracatçı və idxalçı ölkələrinin xəritəsini hazırlayıb.

Araşdırmaçılar qeyd edib ki, hesablamalar zamanı bütün növ silahlar, hərbi texnikalar nəzərə alınıb.

2017-ci ilin məlumatlarına əsasən, postsovet məkanının ən nəhəng silah ixrac edən ölkəsi Azərbaycandır.

Belə ki, Bakı əvvəlki illərlə müqayisədə silah ixracına 7 milyon dollar çox, yəni 279 milyon dollar sərf edib. İlk üçlüyü Qazaxıstan (209 milyon dollar) və Belarus (145 milyon dollar) qapayır.

Ümumilikdə, postsovet məkanında silah ixracı ilə vəziyyət belədir: Azərbaycan (279 mln. dollar), Qazaxıstan (209 mln. dollar), Belarus (145 mln. dollar), Türkmənistan (75 mln. dollar), Latviya (39 mln. dollar), Rusiya (34 mln. dollar), Estoniya (30 mln. dollar), Litva (29 mln. dollar), Ermənistan (14 mln. dollar), Qırğızıstan (13 mln. dollar) və Gürcüstan (7 mln. dollar).

Ukrayna, Moldova, Tacikistan və Özbəkistanın həmin dövr üçün məlumatları açıqlanmayıb. Bununla yanaşı, qeyd edilib ki, bir il öncə Özbəkistan silah ixracına 63 mln. dollar, Tacikistan isə 8 mln. dollar xərcləyib.

Reytinqə əsasən, dünyanın ən nəhəng silah ixracatçıları Səudiyyə Ərəbistanı (4,11 milyard dollar) və Hindistan (3,36 milyard dollar) olub.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 918 30.01.19 13:22