Parkinqlərdən yığılan pullar hara gedir? – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:43 Sumqayıtda təlim maşını yanıb  |     11:42 Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var  |     11:41 Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb  |     11:40 “ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?  |     11:40 “iPhone”larda oyunlarla bağlı yenilik  |     11:38 Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sürücüləri cərimələnəcəklər - VİDEO  |     11:37 Bakıda sakinləri narahat edən akustik səs kirlənməsi: DİN-dən AÇIQLAMA - VİDEO  |     11:37 Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO  |     11:36 Gəncədə qəza: Üç nəfər yaralanıb  |     11:34 Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI - VİDEO  |     11:32 Dələduzlara aldanmayın: Asan yolla qazanc əldə etmək istədi, böyük məbləğdə pulunu İTİRDİ - VİDEO  |     11:26 “Sədərək” Ticarət Mərkəzində yanğın - VİDEO  |     11:24 Azərbaycanlı şoumen VƏFAT ETDİ  |     11:22 Bakıda Türkiyə vətəndaşı ölüb  |     23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |    

Parkinqlərdən yığılan pullar hara gedir? – VİDEO

Ötən gün BNA-nin sədri Vüsal Kərimli jurnalistlərə açıqlamasında bildirdi ki, Bakıda fəaliyyət göstərən yerüstü parkinqlərdə yığılan vəsaitin agentliklə heç bir əlaqəsi yoxdur. İndi hər kəsi bir sual maraqlandırır. Bəs, yığılan pullar hara gedir?

Median.Az
-ın xəbərinə görə, ARB TV məsələ ilə bağlı paytaxtın müxtəlif istiqamətlərində araşdırma aparıb.

Bura 28 May metrosunun qarşısında fəaliyyət göstərən yerüstü parkinq yeridir. Ərazidə təqribən 20-dən çox işçi parkinq xidməti ilə məşğul olur. Bu şəxslərin göstərdikləri fəaliyyətə dair hər hansı sənədlərinin olmadığını da demək yerinə düşər.

“Bura ödənişsiz deyil, qəbz verirəm. Biz BNA-ya baxırıq”, - deyə parkinq nəzarətçisilərində biri bildirib.

Digəri isə hələ iki gün işlədiyini və bu səbəbdən danışa bilməyəcəyini qeyd edib.

Ekspertlər isə bildirirlər ki, parklanma yerləri BNA-nə həvalə olunsa da, hələlik qurum yalnız yeraltı parinqlərə nəzarət edir.

Yerüstü parkinqlər hələlik heç bir quruma həvalə olunmadığı üçün xidmətdən istifadə ödənişsizdir.

“Qanunsuz fəaliyyətdir. O aparatlar heç bir mərkəzi bazaya, heç bir sistemə qoşulu deyil. Sürücüləri qorxudurlar. Ödəniş etməsəniz cərimələnəcəksiniz deyib, onlardan 1, 2 manat pul alırlar”, - deyə ekspert Elməddin Muradlı vurğulayıb.

Görünən odur ki, məsələ ilə bağlı xüsusi normativlər olmadığından pulsuz fəaliyyət göstərməli olan parkinqlərdə dayanmaq üçün hələ bir müddət nəzarətsiz nəzarətçilərə pul ödəməli olacağıq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 228 24.01.19 14:26