Paytaxtda marketləri qarət edən 4 nəfərin məhkəməsi başlayıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |    

Paytaxtda marketləri qarət edən 4 nəfərin məhkəməsi başlayıb - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Əlisəid Həsənov, Fərid Hacıyev, Orxan Məmmədli və Fərid Hüseynzadənin CM-nin 177 (oğurluq), 180 (soyğunçuluq) və 181-ci (quldurluq) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, ötən il aprelin 27-də Xətai RPİ-nə müraciət edən, paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində işlədiyi marketə, əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini və hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq edən Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.

İstintaqın gedişatında dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu ilə tütün məmulatları, həmçinin NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etmələri məlum olub. Keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əlisəid Həsənov saxlanılıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmə baxışı ayın 22-nə təyin edilib.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 668 16.01.19 14:34