Gürcüstanda “donuz qripi”ndən daha iki nəfər ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |    

Gürcüstanda “donuz qripi”ndən daha iki nəfər ölüb

Gürcüstanda daha iki nəfər A qrip virusunun növü olan H1N1 “donuz qripi”ndən dünyasını dəyişib.

Median.Az
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölənlərdən biri 10 aylıq uşaqdır.

Bu artıq laboratoriya tərəfindən təsdiq edilən 16-cı ölüm halıdır.

Gürcüstan Səhiyyə nazirliyindən jurnalistlərə açıqlama verilərkən bildirilib ki, uşaq həmçinin qızılca xəstəsi olub.

İkinci ölən şəxs isə Qori şəhərindən olan 48 yaşlı kişi olub. O, laboratoriya tərəfindən təhlükəli virusdan öldüyü təsdiq edilən 17-ci adam olub.

Nazirlikdən əlavə ediblər ki, ümumən epidemiyanın miqyası azalmağa doğru gedir.

Rəsmi məlumatlara görə, hazırda Gürcüstanda donuz qripinə xəstələrinin sayı 9 min nəfərdir ki, onlardan da 42-nin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 284 15.01.19 12:37