Azərbaycanlı boksçu Moskvada erməni rəqibinə qalib gəldi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |    

Azərbaycanlı boksçu Moskvada erməni rəqibinə qalib gəldi - VİDEO

Rusiyanın paytaxtı Moskvada boks gecəsi keçirilib.

“Krılya Sovetov” Universal İdman Kompleksində baş tutmuş görüşdə Azərbaycanın iki peşəkar boksçusu mübarizə aparıb.

Belə ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Musayev Rusiyanın Barnaul şəhərindən olan erməni rəqibi Karen Avetisyanla üz-üzə gəlib. Səkkiz raundluq görüşdə Hidayət hakimlərin yekdil qərarına əsasən təcrübəli rəqibi üzərində qalib elan edilib.

Bu, Həştərxan doğumlu idmançımızın peşəkar rinqdə keçirdiyi dördüncü matçda dördüncü qələbəsi olub.

Qeyd edək ki, Mingəçevirin “Kür” İdman Klubunun üzvü Hidayət Musayev bu ilin yanvarında keçirilmiş Azərbaycan çempionatının qalibidir.

Digər azərbaycanlı idmançı Kənan Hüseynəliyev (-60 kq) də filippinli rəqibini xal hesabına məğlub edib.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 561 24.12.18 16:00