Bakıda oğurluğa görə 5 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |     11:46 Xətai rayonunda gənc oğlanı avtomobil vurub  |     11:42 İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır  |     11:37 Olivye Jiru “Milan”la bağlı qərarını AÇIQLADI  |     11:36 Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər  |     11:35 Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ  |     11:34 Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     11:33 Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO  |     11:32 “Qalatasaray”ın böyük sərmayə qoyduğu oyunçu geri qayıdır  |     11:31 Qarabağın elektron xəritəsi hazırlanıb - VİDEO  |    

Bakıda oğurluğa görə 5 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Suraxanı RPİ 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 4 evə quraşdırılmış su sayğaclarını oğurlayan Bakı şəhər sakini Əli Qarayev saxlanılıb.

Bundan başqa, Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 29-da 1 avtomobildən akkumulyator oğurlayan, CM-nin
234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə axtarışda olan Hüseyn Zülfüqarov saxlanılıb.

Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları tərəfindən oktyabrın 27-də R.Məmmədovun bank hesabından 600 manat pulunu çıxararaq, oğurlayan Astara rayon sakini
Zeynal Nemətov saxlanılıb.

Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən noyabrın 10-da Lökbatan qəsəbəsi ərazisindəki köşkdən 200 manat pul oğurlayan Cəlilabad rayon sakini olan yeniyetmə saxlanılıb.

Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 2 nəfərin velosipedlərini oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş Xəyyam Məmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 232 19.11.18 11:19