Mədət Quliyev: Gəncə hadisələri ilə əlaqədar 60-dan çox şəxs həbs olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |    

Mədət Quliyev: Gəncə hadisələri ilə əlaqədar 60-dan çox şəxs həbs olunub

Noyabrın 14-də Qırğızıstanın Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclası keçirilib. İclasın işində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

DTX-nin İctimai əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, M.Quliyev tədbirdə “Beynəlxalq terrorçu təşkilatlardakı bəzi tendensiyalara və Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi cəhdlərinə dair” mövzusunda çıxış edərək bildirib ki, dünyanın bir sıra regionlarında, xüsusilə Yaxın Şərqdə hərbi-siyasi vəziyyət gərgin olaraq qalmaqda davam edir.

Suriya və İraq ərazisində hərbi əməliyyatların aktiv fazasının başa çatmasına baxmayaraq, terrorçu və dini-ekstremist təşkilatlar tərəfindən həmin regionun hüdudlarından kənarda özəklərini yaratmaq cəhdləri qeydə alınır.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bildirib ki, Azərbaycanda dini radikalların və ekstremistlərin hüquqazidd əməlləri özünü daha qabarıq şəkildə bu ilin iyul ayında göstərib. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə ictimai-siyasi sabitliyin pozulmasına cəhd olunub.

Azərbaycanın hüquq-mühafizə orqanlarının birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ağır cinayətlər törədən 60-dan artıq şəxs həbs olunub, silahlı müqavimət göstərən beş nəfər məhv edilib.

General-polkovnik qlobal təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və kollektiv tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.

Bu baxımdan. türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin aktual və vacib olduğunu qeyd edən DTX rəisi, ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması yönümündə təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Konfransın XXI iclasının əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin yüksələcəyinə ümidvar olduğunu qeyd edib.

General-polkovnik M.Quliyevin iclas çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 576 14.11.18 12:14