Bakıda keçmiş qayınatasını öldürən şəxsin məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |    

Bakıda keçmiş qayınatasını öldürən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Samir Şabanovun (1981-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, bu il aprelin 21-də Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun (1965-ci il təv.) küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Samir Şabanov saxlanılıb.

Məlum olub ki, S.Şabanov bir neçə il əvvəl atasının əmisi nəvəsi ilə ailə həyatı qurub, lakin sonra onların münasibəti pozulub və o, arvadından boşanıb. Keçmiş qohumlar arasında gərgin münasibət davam edib. Saxlanılan şəxs alimentin düzgün hesablanmamasını, qarşı tərəf isə onun övladına görə təyin edilmiş vəsaiti vaxtında ödəmədiyini bildirib. Buna görə, Samir Şabanov qayınatası Hətəm Şabanovu kəsici və küt alətlərlə vuraraq, qəsdən həyatdan məhrum edib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış noyabrın 6-a təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 809 01.11.18 14:03