Bakıda tanınmış vəkilin avtomobilinə hücum edilib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |    

Bakıda tanınmış vəkilin avtomobilinə hücum edilib - FOTO

Bakıda tanınmış vəkil Asif Abdullayevin avtomobilinin şüşəsi sındırılıb. 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü bu barədə özü məlumat verib.

Onun sözlərinə görə, hadisə dünən baş verib. Naməlum şəxs avtomobilimin şüşəsini qıraraq avtomobilimə daxil olub, amma heç nə götürməyib:

"Salonda ümumilikdə (benzin almaq üçün avtomobildə saxladığım) 84 manat və Gürcüstan gəzintimizdən qalan 45 lari pul, mobil telefon, bahalı eynək, ətir və bir sıra digər şəxsi əşyalarım var idi. 

Hadisədən sonra avtomobilin salonunda əşyalar dağınıq halda idi. Bəzi sənədlər iki hissəyə parçalanmışdır. Avtomobilimin park edildiyi ərazidə təxminən 15-20 avtomobil olub və bəlkə də həmin avtomobillər arasında ən ucuz avtomobillərdən biri də mənimkidir. Salonda da heç bir cəlbedici əşya olmayıb. Buna baxmayaraq, naməlum şəxs yalnız mənim avtomobilimə daxil olmuşdur.

Dünən aşkar etdiyim bu hadisə barədə 102 xidmətinə dərhal müraciət etdim və 25-ci polis bölməsinə ərizə təqdim etdim. Ümid edirəm ki, polis tərəfindən bu məsələ ciddi araşdırılacaq və hadisənin əsl səbəbləri müəyyən ediləcək".

A.Abdullayev qeyd edib ki, oxşar hadisə bir müddət öncə də baş verib: "Avtomobilimin bir güzgüsü zərbə nəticəsində sındırılaraq yararsız hala salınmış, digəri isə hadisə yerində ümumiyyətlə yox idi. O vaxt 102 xidmətinə məlumat verdim. 25-ci polis bölməsində hadisə ilə bağlı izahat da yazdım. Amma məsələnin araşdırılması və nəticəsi barədə bu günədək heç bir rəsmi məlumat almamışam". 

Avtomobili ikinci dəfə basqına məruz qalan vəkil, bunun bir hədə olduğunu ehtimal edir: "Bəlkə də kimsə bu yolla mənə hədə-qorxu gəlməyə çalışır. Əslində bu hadisəyə çox ciddi yanaşıram. Avtomobilimə daxil olan şəxsin əsl məqsədi bəlli deyil. Oğurluq üçün gələn insan eynək də götürər, telefon da, pul da. Amma bunlar avtomobilimdə olduğu halda, həmin şəxs tərəfindən sanki nümayəşkəranə şəkildə götürülməmişdir".












//baku.ws
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            929 30.10.18 14:23