Pirallahıda tanışını öldürən şəxsin apellyasiya məhkəməsi yekunlaşıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |     11:46 Xətai rayonunda gənc oğlanı avtomobil vurub  |     11:42 İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır  |     11:37 Olivye Jiru “Milan”la bağlı qərarını AÇIQLADI  |     11:36 Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər  |     11:35 Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ  |     11:34 Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb  |    

Pirallahıda tanışını öldürən şəxsin apellyasiya məhkəməsi yekunlaşıb

Bakı Apellyasiya Məhkəməsində Lənkəran rayon sakini Zahid Məmiyevin (1980-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il iyunun 8-də Pirallahı qəsəbəsi ərazisindən Nəsir Əkbərov (1986-cı il təv.) kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisədən 5 gün sonra Pirallahı RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub. Rayon prokurorluğu Z.Məmiyevə CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham verib.

İstintaqla müəyyən edilib ki, iyunun 8-i saat 22 radələrində Zahid Məmiyev idarə etdiyi “Vaz-2108” markalı avtomobil ilə Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi ilə hərəkətdə olarkən 4№i binanın yaxınlığında əvəllər tanıdığı, qəsəbə sakini Nəsir Əkbərovla rastlaşıb. Sonuncu ona kinayəli şəkildə mayın 17-də qardaşı Elçin Məmiyevin döyülməsi ilə bağlı qəsəbədə söz-söhbət dəzdiyini
dediyi üçün, əsəbiləşib avtomobildən düşüb. Ciddi əsas olmadan мцnаqиşя yaradan Zahid Məmiyev, avtomobilində gəzdirdiyi məişət təyinatlı mətbəx bıçağını götürüb, salondan çıxıb. Əvvəlcə yumruq və təpiklə, sonra isə bıçaqla Nəsir Əkbərovun döş boşluğuna 1 zərbə endirib. Bununla da, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

Məhkəmə işin hallarını araşdırıb, hesab edib ki Z.Məmiyevin əməli CM-nin 120.2.2-ci maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunmalıdır və o, həmin maddə ilə təqsirli bilinib, cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, protesti və şikayətləri təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 343 05.10.18 14:39