Bağçada uşaqlara işgəncə verən tərbiyəçinin məhkəməsi keçiriləcək - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |    

Bağçada uşaqlara işgəncə verən tərbiyəçinin məhkəməsi keçiriləcək - FOTO

Yasamal rayon Məhkəməsində "Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi Firuzə Tağıyevanın CM-nin 133.2.1 (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Median.Az
xəbər verir ki, bu il iyun ayının əvvəllərində Bakıda yerləşən "Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri "Kids studio” uşaq bağçasında olub. Bağçanın müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Məlum olub ki, tərbiyəçi Firuzə Tağıyeva üç uşağa işgəncə verib. Araşdırma üçüb Nigar Müseyibova və Firuzə Tağıyeva Yasamal RPİ 26-cı polis bölməsinə dəvət olunub. Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb, sonuncunun uşaqlara işgəncə verməsi sübuta yetirildikdən sonra, rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə hazırlıq iclası sentyabrın 11-ə təyin edilib.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 459 04.09.18 13:34