Bakı, Abşeron və Sumqayıtda oğurluğa görə 4 nəfər tutulub » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

Bakı, Abşeron və Sumqayıtda oğurluğa görə 4 nəfər tutulub

Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 4-cü polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 6-da evlərin birindən mobil telefon oğurlayan Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Fəqani Soltanovu saxlayıblar.

Bundan başqa, Binəqədi RPİ 5-ci polis bölməsinin əəməkdaşları və DİN Çevik Polis Alayının əməkdaşları iyulun 27-də Ə.Naxçıvani küçəsindən velosiped oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Salmanovu saxlayıblar. Araşdırma zamanı məlum olub ki, o rayon ərazisindən daha 3 velosiped oğurlayıb.

Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları iyulun 2- və 8-də şəhər sakinlərinə məxsus 2 velosipedi oğurlayan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Teymur Fərəcovu saxlayıblar.

Abşeron RPİ-nin əməkdaşları iyulun 23-də rayon sakini S.Nuriyevanın çantasından, içərisində 820 manat, sənəd və bankomat kartları olan pul kisəsinin oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Cavanşirlini saxlayıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 174 28.07.18 15:29