“Bəy-gəlin” maşınında külli miqdarda narkotik aşkarlandı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:59 Azərbaycanda zəlzələ olub  |     14:41 Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ  |     14:19 Bakıda 55 yaşlı qadının meyiti tapıldı  |     14:10 Bakıda ağacəkmə aksiyası keçirilib  |     14:09 Əli Əsədov Türkiyəyə səfər edəcək  |     14:07 Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - FOTO/VİDEO  |     14:05 Xətaidəki qəzada 13 yaşlı oğlan xəsarət alıb  |     14:05 Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb  |     13:45 Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA  |     13:44 Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib  |     13:43 Samuxda narkotik yetişdirən şəxs saxlanıldı - FOTO  |     13:41 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:39 Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq  |     13:31 Beyləqanda dörd narkotacir ələ keçdi  |     13:30 Bakının bir yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı  |     13:29 Orqanizmi xərçəngdən qoruyan VİTAMİN  |     13:27 Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar - SƏBƏB  |     13:26 Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi  |     13:23 Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO  |     13:20 Xankəndidə son bir həftədə 33 avtomat tapılıb  |    

“Bəy-gəlin” maşınında külli miqdarda narkotik aşkarlandı - FOTO

Dövlət Sərhəd Xidmətinin sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

DSX-dan verilən məlumata görə, Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş “Volkswagen” markalı, 90-HC-666 dövlət nömrə nişanlı avtomobillə əraziyə gəlmiş iki nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib.

Belə ki, həmin şəxslərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomobildən düşərək aralanması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub.

Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılıb, avtomobilə qoyulan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə (o cümlədən, 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin) aşkar olunub.

Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşdirilib, onların Lənkəran rayon sakinləri - 1982-ci il təvəllüdlü Məmmədov Məmməd Əsəd oğlu və 1983-cü il təvəllüdlü Kərimov Aqşin Qubad oğlu olmaları müəyyən edilib.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 592 27.06.18 12:30