Marsa arılar göndəriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |    

Marsa arılar göndəriləcək

NASA mütəxəssisləri Mars planetinə qanadla təchiz olunmuş kəşfiyyatçı robotlar göndərməyi planlaşdırır.

Median.Az “Science Alert”ə istinadən xəbər verir ki, “mars arıları” adlandırılan uçan robotlar qırmızı planetin atmosfer təzyiqi barədə məlumatlar toplayacaq.

Mars arıları eyni zamanda planetdə reqolit (qrunt qalıqları) nümunələrini götürəcək.

Tərtibatçıların dediyinə görə, robotlar qrup şəklində tapşırıqlar yerinə yetirəcək və vaxtaşırı elektrik qidası almaq üçün təhkim olunduqları mars roverinə qayıdacaq.

Hal-hazırda mütəxəssislər layihənin texniki mərhələsini həyata keçirir. Onlar uçan robotların mars atmosferi şəraitində aerodinamikasını öyrənmək üçün, sınaqlarda vakum kamerasından istifadə etməyi planlaşdırır.

Mütəxəssislərin təbirincə, həqiqi arını təqlid edən aparat, kifayət qədər yüksək yükqaldırma qabiliyyətinə malik olacaq. Tərtibatçılar eyni zamanda qanadların özülünə yaylar quraşdırmaqla enerji sərfiyyatını ən aşağı səviyyəyə çatdırmağı planlaşdırır.

Bundan başqa hər hansı robot qəzaya uğrayıb düşsə, digər “arılar” onu qaldırıb bazaya daşıya biləcək.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 094 04.04.18 20:47