Bakıdakı dəbdəbəli butikin sahibi evdə atasının ölüsünü tapdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |     11:46 Xətai rayonunda gənc oğlanı avtomobil vurub  |     11:42 İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır  |     11:37 Olivye Jiru “Milan”la bağlı qərarını AÇIQLADI  |     11:36 Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər  |     11:35 Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ  |     11:34 Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     11:33 Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO  |     11:32 “Qalatasaray”ın böyük sərmayə qoyduğu oyunçu geri qayıdır  |     11:31 Qarabağın elektron xəritəsi hazırlanıb - VİDEO  |    

Bakıdakı dəbdəbəli butikin sahibi evdə atasının ölüsünü tapdı

Rusiya mənşəli kimyəvi silah tətbiq edilməklə zəhərlənən keçmiş QRU polkovniki Sergey Skripal və qızının məsələsinə görə Londonla Moskva arasında az qala müharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda “Dumanlı Albion”da Kremlin daha bir düşməninin meyiti tapılıb. 

Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Londonda intihar edən (ən azı rəsmi versiyaya görə) keçmiş oliqarx Boris Berezovskinin dostu, “Aeroflot”un keçmiş maliyyəçisi Nikolay Qluşkovun öldüyü barədə Skripalın zəhərlənməsi hadisəsindən cəmi bir neçə gün sonra məlum olub. Rusiyada bu xəbəri “Vedemosti” qəzetinin sahibi Demyan Kudryavtsev yayıb. Bildirib ki, Qluşkovun meyitini ona baş çəkməyə gedən qızı Natalya evdə aşkar edib.


 Nikolay Qluşkov

Britaniya mətbuatının yazdığına görə əvvəlcə Natalya Qluşkova atasının “boğularaq öldürüldüyünü” bildirib. Polis hadisəni araşdırıb və rusiyalı mühacirin “təbii səbəblərdən” öldüyü qənaətinə gəlib. Lakin ötən gün Qluşkovun ölümü ilə bağlı təhqiqata Böyük Britaniyanın antiterror polisi qoşulub. Onun evinin qarşısında çadır qurulub və mütəxəssislər hansısa nümunələr götürərək təhqiqat aparırlar.
“Kommersant” qəzeti yazıb ki, Qluşkov Berezovskinin dostu olmaqla bərabər Londonda polonium radioaktiv maddəsi ilə zəhərlənərək öldürülən keçmiş KQB polkovniki Aleksandr Litvinenkoya sui-qəsdi həyata keçirənlərdən biri, keçmiş FTX zabiti Andrey Luqovoyla da münasibətlərə malik olub. 68 yaşlı Qluşkovun Londonda mühafizəçilərsiz və xidmətçilərsiz yaşadığı bildirilir. O, 2000-ci illərin əvvəllərində “Aeroflot”da mənimsəmələrə görə tutulub və bir müddət həbsdə qalıb.

London, Nikolay Qluşkovun evinin qarşısı

Qəzetin yazdığına görə atasına baş çəkməyə gedən Natalya Qluşkova evdə onun ölüsünü tapıb. O, atasının meyitində boğulma əlamətləri müşahidə edib.
Natalya Qluşkova haqda məlumatlara görə onun haradasa 30 yaşı var, Moskva Dövlət Universitetini sosiologiya üzrə bitirib. Daha sonra London Vestminister universitetind təhsil alıb. Virtualaz.org araşdırıb ki, Natalya Qluşkovanın Azərbaycanla əlaqələri də var. O, Bakıda 2013-cü ildə açılan və eksklüziv kişi aksessuarları mağazasının həmsahibidir. Söhbət Bakının mərkəzində, A.Əlizadə küçəsində, Fransa səfirliyi yaxınlığında yerləşən “Vault Prive” kişi aksessuarları butikindən gedir.

Bu butik “yüksək keyfiyyətli kişi aksessuarları və diqqətlə seçilmiş brendlərdən sifarişlə malların çatdırılması” ilə məşğul olurdu. Hazırda butik işləmir. İnternet mənbələrində göstərilir ki, Natalya Qluşkova “Vault Prive” butiklər şəbəkəsinin əsasını qoyub və onun sahiblərindən biridir. O, əsasən Londonda, ara-sıra Moskvada yaşayır.

Natalya Qluşkova

Qluşkovlar ailəsinə yaxın mənbə deyib ki, Rusiyada onun guya qeyri-ənənəvi seksual oriyentasiyaya mənsub olduğu və QİÇS xəstəliyindən əziyyət çəkdiyi haqda şaiyələr yayırlar. Lakin bunlar uydurmadır və Nikolay Qluşkov məsuliyyətli ailə başçısı, uşaqlarını sevən biri olub. Onun həbsdə olarkən səhhəti korlanmışdı və qan xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən qohumları Qluşkovun öldürüldüyünə inanmırlar.

Bildiriir ki, 2000-ci illərin əvvəllərində Qluşkov həbsdə olanda keçmiş KQB zabiti Luqovoy Berezovskiyə məxsus telekanalda təhlükəsizlik xidmətinin rəhbəri idi. O, görünür Berezovskinin sifarişi ilə hərəkət edərək Qluşkovu həbsxanadan xəstəxanaya aparılarkən qaçırmağa çalışmışdı. Lakin bu cəhd baş tutmamışdı və Luqovoy həmin qaçırılma cəhdinə görə 14 il həbs cəzası almışdı. Qluşkov isə həmişə bundan şübhələnirdi ki, Luqovoy FTX-nin sifarişi ilə hərəkət edib və onu həbsxanadan qaçırmaqla daha uzunmüddətli həbsə məhkum etdirməyi məqsəd qoyub.

Bakıdakı "Vault Prive" butiki

Luqovoy o vaxt bir az həbsdə qaldıqdan sonra müəmmalı şəkildə azadlığa buraxılmışdı. 2004-cü ildə həbsdən çıxanda Qluşkov Luqovoydan onu niyə qaçırmağa çalışdığını, bunun FTX-nin sifarişi olub-olmadığını, habelə pullarının mənbəyini soruşub. Amma bu suallara cavab ala bilməyib.

Britaniya mətbuatının yazdığına görə hakimiyyət Qluşkovun da Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi sui-qəsdə qurban gedə biləcəyi versiyasını araşdırır. Onun meyiti ekspertizadadır və nə vaxt dəfn ediləcəyi məlum deyil.
BAKU.WS

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 622 15.03.18 17:51