Tbilisidə 5 azərbaycanlı ailənin evi əlindən alınır - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |    

Tbilisidə 5 azərbaycanlı ailənin evi əlindən alınır - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Petriaşvili küçəsi-48 ünvanında yaşayan 7 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.

APA-nın məlumatına görə, həmin ailələrin 5-i azərbaycanlı ailəsidir.

Ailələrin evlərindən çıxarılmasına səbəb kimi onların dədə-babadan, bir əsrə yaxın yaşadıqları evlərlə bağlı müvafiq sənədlərinin olmaması göstərilir.

7 ailənin taleyi Gürcüstanda sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan birinə çevrilib. Ötən həftə 3 ailənin evlərindən əşyaları ilə birgə zorla çıxarılmasının əks olunduğu videogörüntülər internet istifadəçilərinin hiddətinə səbəb olub. Həmin gün məhkəmə icraçıları ərazidə olub və sakinlərlə şifahi qarşıdurma yaşanıb. Hadisə yerinə patrul polisi və təcili tibbi yardım çağırılıb.

Ailələrin şəraitsiz, köhnə əşyalı və rütubətli evləri 156 kv. m. sahədə yerləşir. Ailələrin xəbəri olmadan şəhərin mərkəzi Vera rayonunda yerləşən bu sahə bir qadın tərəfindən satın alınıb. İş adamı olan həmin qadının Petriaşvili küçəsinin yaxınlığında bir neçə ticarət və digər obyektlərin olduğu bildirilir. Neçə nəsil həmin evlərdə yaşamış 5 azərbaycanlı və 2 gürcü ailənin maddi vəziyyəti çox ağırdır. Onların arasında 3 əlil, yaşlı xəstələr və uşaqlar var. Ümumilikdə 35 nəfər hər günü evsiz qalacağı qorxusu və təlaşı ilə yaşayır.

Evini itirmək təhlükəsi ilə üzləşmiş ailələrdən biri Məmmədovlar ailəsidir. Ailənin üzvü, II qrup əlil Pərviz Məmmədov bildirib ki, atası 80 ildən çoxdur bu evdə yaşayır: “Martın 9-da məhkəmə icraçıları evimizin otaqlarını boşaltdılar. Şəkər xəstəsi olan atam və həyat yoldaşımla mətbəxə sığınmışıq. Sonradan tikildiyinə görə, mətbəx satılıb-alınmış yaşayış sahəsinə daxil olmayıb. İki uşağımı isə tanışların evinə yerləşdirmişik. Yaşamağa digər yer versələr, evimizdən çıxmağa razıyıq. Amma nə yaşayış yeri, nə də kompensasiya vermək istəyirlər. Getməyə başqa yerimiz yoxdur. Şikayətlərimizə baxan da yoxdur”.

Məmmədovların boşaldılmış evinin qapısının qulpu çıxarılıb. Ailənin ev əşyaları qonşu evlərin həyətində açıq havada qalıb, evin qazla təchizatı da dayandırılıb.














скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 944 13.03.18 18:14