Zabit Səmədov rinqdə ingilis rəqibini pərt etdi – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

Zabit Səmədov rinqdə ingilis rəqibini pərt etdi – VİDEO

K-1 döyüş növü üzrə dünyada “Mauqli” ləqəbi ilə tanınan idmançımız Zabit Səmədov apreldə növbəti döyüşünə çıxacaq.

Britaniyadan olan kikboksçu Ceyms Maksuini İzmirdə Beynəlxalq Qarışıq Döyüş növləri üzrə çempionatda həmyerlimizə meydan oxuyub.

Zabit Səmədovun ona cavabı isə bütün zalı coşdurub.

Zabit “Azərbaycan - Türkiyə - iki dövlət, bir millət” şüarını səsləndirib. Daha sonra azarkeşlərə söz verən idmançı “Bu şəxsin kim olduğunu bilmirəm, amma qarşılaşmada çox pis vəziyyətdə məğlub olacaq” deyib.

Əsgərlərə də səbir və güc arzulayan idmançı bu sözləri ilə izləyicilərin bir daha rəğbətini qazanıb. O, daha sonra pərt vəziyyətdə rinqi tərk edən rəqibini nəzərdə tutaraq “bunun kimi çempionları biz çox görmüşük” deyib.

Qeyd edək ki, Zabit Səmədov ingilis döyüşçünün çağırışına cavab verib. Aprel ayında Almaniyada onlar arasında görüş olması planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 120 29.01.18 16:16