Azərbaycanın daha bir boksçusu dünya çempionatına qələbə ilə başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |    

Azərbaycanın daha bir boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın daha iki boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 51 kq-da çıxış edən Məsud Yusifzadə 1/16 finalda monqolustanlı Enxmandağ Xarxuu ilə qarşılaşıb. Rəqibinə qalib gələn idmançı adını 1/8 finala yazdırıb. Onun bu raunddakı rəqibi puerto-rikolu Yankiel Rivera olacaq.

57 kq çəki dərəcəsindəki Ümid Rüstəmov isə Kuba təmsilçisi Osvel Kaballero Qarsia ilə dueldən məğlub ayrılaraq, mübarizəni erkən dayandırıb.

17:44
Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

Federasiyadan "Report"a verilən məlumata görə, mundialın ikinci gününün gündüz seansında Malik Həsənov qüvvəsini sınayıb.

63,5 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda qvatemalalı Xuan Reyes Donislə üz-üzə gəlib. 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) hesabı ilə qalib gələn Həsənov növbəti mərhələyə yüksəlib.

O, 1/16 finalda ilk görüşdən azad olan Ermənistan təmsilçisi Ovannes Baçkovla qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.

Qeyd edək ki, bu gün axşam seansında Məsud Yusifzadə (51 kq) monqolustanlı Enxmandağ Xarxuu ilə, Rauf Rəhimov (92 kq) isə ingiltərəli Luis Uilliamsla döyüşəcək. İlk yarış günündə Ümid Rüstəmov (57 kq) 1/32 finalda kubalı Osvel Kaballero Qarsiaya uduzaraq mübarizəni dayandırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            960 26.10.21 22:07