Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:32 Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər | 18:23 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı | 18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək |
Mojo.az Avto
Mojo.az Avto

Bayram ərəfəsində bu sərəncamın ikiqat əhəmiyyəti var - Əfv Komissiyasının üzvü

16.03.2019 20:22 3 894
Bayram ərəfəsində bu sərəncamın ikiqat əhəmiyyəti var - Əfv Komissiyasının üzvü
Ölkə prezidenti İlham Əliyev tərəfindən bu gün, martın 16-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamın imzalanması humanizmin zirvəsi sayıla bilər.

Bu, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan humanizm, insanpərvərlik siyasətinin davamı, növbəti gözəl nümunəsidir.

Median.Az
oxu.az-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkilinin sözlərinə görə, məlum sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

"Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub.

Eləcə də, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Bütövlükdə, əfv ərəncamı 431 nəfərə şamil olunacaq ki, bu da minlərlə insanın sevinci, öz əzizlərinə qovuşması deməkdir. Yəni, əfv sərəncamı təkcə bu 431 nəfərlə kifayətlənmir, həmin şəxslərin hər birinin ailəsi, övladları, valideynləri, qohum-əqrəbası var.

Bu da yüzlərlə ailə, minlərlə insan deməkdir. Bu sərəncam həm də həmin insanların sevincinə sevinc qatmış, onları öz yaxınlarına, əzizlərinə qovuşdurmuş olacaq. Minlərlə insanımızın üzü gülmüş olacaq.

Onu da deyim ki, əfv, humanizm siyasəti artıq illərdir ki, davam edir. Elə cəmi bir neçə ay öncə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, 2018-ci ilin may ayında əfv sərəncamı imzalanmış və yüzlərlə insan əfv edilərək, azadlığına qovuşmuşdu.

Həm də bu humanizm siyasəti təkcə əfv sərəncamları ilə məhdudlaşmayıb.

Bildiyiniz kimi, keçmiş deputat həmkarımız- ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın da təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən bir neçə dəfə Amnistiya aktı qəbul edilmiş və bununla minlərlə, on minlərlə insan yenidən azadlğına qovuşmuşdur.

Bunlar hamısı da nəticə etibarı ilə Azərbaycanda ədalətin, humanizmin təntənəsidir.

Xüsusilə, xalqımız üçün çox əziz və əlamətdar anlardan biri olan Novruz bayramı ərəfəsində belə bir sərəncamın imzalanmasının xüsusi, ikiqat əhəmiyyəti, önəmi var.

İnsanların bayram sevinclərinin üstünə növbəti sevinc gəlmiş olacaq.

Odur ki, ölkə prezidentinə bu nəcib addımına, böyük humanizminə və insanpərvərliyinə görə minnətdarlığımızı bildirir, ona Azərbaycan naminə fəaliyyətində növbəti uğurlar arzu edirik", -deyə millət vəkili sözlərinə əlavə edib.

Son xəbərlər