ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Erl Litzenberger Bakıya gəlib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibə verən diplomat, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, ABŞ səfiri kimi səlahiyyətlərinin icrasına başlamağı, mədəniyyətimizlə tanış olmağı, habelə xalqlarımız və ölkələrimiz arasında əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyir.
Səfirin sinəsindəki Azərbaycan və ABŞ bayraqlarından ibarət nişan diqqət çəkib.
Amerikalı diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, ötən gün Dövlət Departamentində E.Litzenbergerin andiçmə mərasimi keçirilib.
E.Litzenbergerin sələfi Robert Sekuta Azərbaycandakı diplomatik missiyasını ötən il mart ayında başa vurub.