Mən səbirsizliklə öz missiyamın icrasına başlamağı gözləyirəm.
Median.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda jurnalistlərə ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litsenberger deyib.
Səfir bildirib: "Mən və mənim həyat yoldaşım Bakıya gəlməyə şadıq. Mən səbirsizliklə ABŞ səfiri kimi öz missiyamın icrasına başlamağı, insanlarla, mədəniyyətlə və rəsmilərlə tanış olmağı, həmçinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsi və möhkəmlənməsi üzərində işi gözləyirəm".