Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi-tibb sahəsində təhsil və əməkdaşlıq haqqında” protokolu təsdiqləyib.
Protokolun təsdiqlənməsi barədə qərar “Resmi Gazete”də yayımlanıb.
Sənəd Azərbaycanla Türkiyə arasında hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.
Xatırladaq ki, protokol 2018-ci dekabrın 20-də Ankarada keçirilən Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında imzalanıb.