Əflatun Amaşov: Prezidentin fərmanı böyük önəm daşıyır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |    

Əflatun Amaşov: Prezidentin fərmanı böyük önəm daşıyır

Dövlət dili ilə bağlı qanunvericilikdə dəyişikliklər labüddür, vacibdir.

Bunu oxu.az-a açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dövlət dili ilə bağlı 30-a yaxın normativ akt, dövlət proqramları qəbul olunub.

Onun sözlərinə görə, məqsəd dövlət dilinin statusunun müəyyənləşməsindən, eyni zamanda, dilin zənginləşməsindən, yad təsirlərdən qorunmasından, düzgün istifadəsinin təmin edilməsindən ibarətdir və hazırda bu sahədə müxtəlif qurumlar fəaliyyət göstərməkdədir:

“Ölkə prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı bu baxımdan böyük önəm daşıyır.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Ümumən bu sahədə zəngin qanunvericilik bazamız var. Ancaq konkret işlək nəzarət mexanizmi olmalıdır. Yanaşma dəyişilməlidir.

Tutaq ki, kimsə cinayət törədirsə, cinayət məsuliyyətinə cəlb edilir - ya azadlıqdan məhrum edilir, ya cərimələnir, ya da müəyyən islah işlərinə cəlb olunur. Hesab edirəm ki, dil pozuntularına münasibət də məhz belə olmalıdır. Dünyanın bir çox ölkələrində bu praktikadan geniş istifadə edilir. Əslində, qanunvericiliyimiz də buna imkan verir.

Yanaşmanın dəyişilməli olduğunu məhz buna görə deyirəm. Monitorinq mərkəzi olsun, yaxud hansısa digər qurum məhz belə işləməlidir. Belə olarsa, biz ciddi dəyişiklikləri müşahidə edəcəyik”.

Ə.Amaşov xüsusilə reklamlarla bağlı məsələdə vəziyyətin həddindən artıq bərbad olduğunu deyib.

“Hər birimiz küçələrdə reklam lövhələri və elektron reklam çarxları ilə üzləşirik. Görürük ki, əksər hallarda oradakı mətnlər dövlət dilinin tələblərinə cavab vermir, dildən istifadə qaydaları kobud şəkildə pozulur.

Bəzən onu da görürük ki, xarici dildə olan mətnlər böyük verildiyi halda, dilimizdəki mətnlər kiçik hərflərlə gedir, bəzən heç görünmür. Bu, qanunlarımıza zidd olması ilə yanaşı, əlbəttə dilimizə açıq hörmətsizlikdir. Bununla eyni zamanda ölkəmizə gələn xaricilərdə özümüz barədə mənfi rəy yaratmış oluruq.

Əlbəttə, dil dinamik sahədir. Buna görə qanunvericilikdə dəyişikliklər labüddür. Hətta yeni qanun nə vaxtsa gündəmə gələ bilər. Təkrar edirəm, əsas məsələ qanunların icrasını təmin etməkdir”, - deyə Ə.Amaşov əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 593 20.02.19 16:26