Azərbaycan torpaqlarının qaytarılması necə olacaq? - Rusiyadan baxış » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycan torpaqlarının qaytarılması necə olacaq? - Rusiyadan baxış

Azərbaycan torpaqlarının qaytarılması (birinci mərhələdə söhbət Dağlıq Qarabağ ətrafındakı rayonlardan gedir - red.) bu məqsədlə müvafiq komissiya formalaşdıran beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə baş verməlidir.

Ehtimal olunur ki, məhz həmin komissiyanın tərkibinə Minsk qrupunun Dağlıq Qarabağ üzrə nümayəndələri daxil olmalıdır.

Median.Az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Q.V.Plexanov adına Rusiya İqtisadi Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, istisna deyil ki, bu komissiyada BMT nümayəndələri, ən başlıcası, "BMT-Xabibat”ın üzvləri (Yaşayış məntəqələri üzrə BMT proqramı - red.) iştirak edə bilərlər.

"Rəsmi Bakı bu proqramın nümayəndələrinə onun balansına verilən ərazinin inkişafı ilə bağlı proqramı təqdim etməlidir”, - müsahibimiz bildirib.

Perenciyevin fikrincə, ərazilərin ATƏT-in Minsk qrupunun və "BMT-Xabibat”ın iştirakı ilə qaytarılması zamanı deyilən ərazidə daşınmaz əmlakın və torpaqların inventarlaşdırılması həyata keçirilir ki, bununla onların vəziyyəti qeydə alınır.

"Bundan başqa, ətraf mühitin ekoloji durumu və digər amillər nəzərə alınır. Ola bilsin ki, torpaqların təhvil verilməsi aktı gələcəkdə Azərbaycanın iqtisadi, ekoloji, infrastruktur və digər elementlərlə bağlı zərərə görə kompensasiya üçün beynəlxalq məhkəmə qarşısında iddia qaldırmasına yardım etsin”, - ekspert əlavə edib.

Müsahibimiz diqqətə çatdırıb ki, bu prosesdə ərazilərdə vəziyyətinin qiymətləndirilməsi və onların qaytarılması aktının legitimləşdirilməsi üçün erməni tərəfi də iştirak etməlidir.

"Ehtimal edirəm ki, bu prosesdə beynəlxalq hüquq sahəsində mütəxəssislərlə yanaşı, ekoloqlar, memarlar, humanitar problemlərlə bağlı insanlar və s. iştirak etməlidir”, - Perenciyev qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 085 16.10.18 18:27