Əfqanıstan nümayəndəsi: Azərbaycan son dərəcə önəmli və həyati tədbirə ev sahibliyi edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:51 Azərbaycanlı reper 6 kq narkotiklə saxlanıldı - FOTO  |     23:06 Everestdən 100 dəfə hündür: Alimlər Yer mantiyasında nəhəng "adalar" tapdı  |     22:49 Yolda avtoxuliqanlıq edən yük maşını sürücüsü həbs edildi (VİDEO)  |     22:31 "Turan Tovuz"dan ayrılan futbolçunun növbəti klubu məlum oldu  |     22:18 Britaniya Belarusun MSK sədrinə qarşı sanksiyalar tətbiq etdi  |     22:07 Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ  |     21:41 Mütəxəssis yağlarla bağlı suallara aydınlıq gətirib - VİDEO  |     21:29 Tağı Əhmədovun qəbirüstü abidəsinə külli miqdarda PUL XƏRCLƏNİB - FOTO  |     21:27 Goranboyda BƏDBƏXT HADİSƏ: Yaşlı kişini QATAR VURDU  |     21:24 İrana gizli məlumatlar sızdıran İsrail əsgərləri həbs olundular  |     21:19 "Azneft" dairəsində avtomobil YANDI: SIXLIQ YARANDI - VİDEO  |     21:12 Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi: Qızını ölümlə hədələyib  |     20:50 Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanıldı  |     20:35 Finlandiya əcnəbilərin daimi yaşayış icazəsi almaq tələblərini sərtləşdirir  |     20:28 Macarıstanlı deputat: Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi  |     20:16 Taksilərin sayı azaldı: Bəs xidmətdə nə dəyişdi?  |     20:08 "Qalatasaray" ingiltərəli müdafiəçi üçün 6 milyon avro təklif edib  |     20:00 28 yanvar tarixi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ  |     19:54 İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal  |     19:46 Arvadını öldürən 70 yaşlı kişinin qardaşı oğlu da həbs edilib - Baltanı gizlədib  |    

Əfqanıstan nümayəndəsi: Azərbaycan son dərəcə önəmli və həyati tədbirə ev sahibliyi edir

Azərbaycan son dərəcə önəmli və həyati bir tədbirə ev sahibliyi edir.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Əfqanıstan nümayəndə heyətinin rəhbəri, Əfqanıstan Milli Ətraf Mühitinin Mühafizəsi Agentliyinin baş direktoru Əxhəb Mövlayi Matual Həq- Xalis "Real TV"-yə müsahibəsində deyib.

O bildirib ki, Əfqanıstan ən azı son üç COP tədbirində iştirak etməyib: "Məhz Bakıda keçirilən tədbirdə iştirak etmək Əfqanıstan icmasının səsini beynəlxalq ictimaiyyətə çatdırmağa kömək edəcək. Çünki Əfqanıstan iqlim dəyişikliyindən ən çox əziyyət çəkən dövlətlərdəndir. Odur ki, biz COP29-un əhəmiyyətini yüksək qiymətləndiririk".

Agentliyin baş direktorunun sözlərinə görə, Əfqanıstan iqlim dəyişikliyi ilə mübarizədə müəyyən addımlar atmağa başlayıb.

O, həmçinin bildirib ki, iqlimlə bağlı problemləri həll etmək bir ölkənin görə biləcəyi iş deyil: "Bu, kollektiv səy tələb edir. COP29-da iştirak edən bütün tərəflərin bizə dəstək olacağına inanırıq. Bizim tez bir zamanda atmalı olduğumuz addımlar, verməli olduğumuz qərarlar var. Həmçinin, biz burada Əfqanıstanın üzləşdiyi problemləri dünya dövlətlərinin diqqətinə çatdıracağıq. Bizim dəstəyə ehtiyacımız var".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            186 12.11.24 18:14