"Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişinin bütün layihəsini razılaşdıra bilərlər".
Bunu parlamentdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə qalan bir-iki bənd üzrə razılığa gələ və tam razılaşdırılmış sülh müqaviləsinə malik ola bilərik", - deyə o qeyd edib.