Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Yunanıstanın xarici işlər naziri George Gerapetritislə görüş keçirib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabına istinadən xəbər verir.
Görüş zamanı tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə edib, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.