Muxtar Babayev: COP29-un sadəcə noyabrın 11-dən 22-dən keçiriləcək tədbir kimi görülməsini istəmirəm » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Muxtar Babayev: COP29-un sadəcə noyabrın 11-dən 22-dən keçiriləcək tədbir kimi görülməsini istəmirəm

COP29-un sadəcə noyabrın 11-dən 22-dək keçiriləcək tədbir kimi qəbul olunmasını istəmirəm, çünki bu, böyük danışıqlar prosesidir.

Report xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində söyləyib.

“İnanırıq ki, ölkələr üçün yaratdığımız şərait danışıqların müsbət nəticələnməsi üçün yaxşı təkan olacaq. Çox çətin mövzudur. Maliyyə həmişə mürəkkəb mövzu olub. Tərəflər bu ili çox kritik il kimi qiymətləndirirlər.

Tərəflərin konsensusa gətirilməsi üçün böyük hazırlıq prosesi gedir. Ona görə də mən istərdim ki, bu forum noyabrın 11-dən 22-dək keçiriləcək tədbir kimi qəbul olunmasın”, – Muxtar Babayev vurğulayıb.

“Bu, böyük bir danışıqlar prosesidir. Bütün kateqoriyalar, bütün ölkələr, bütün beynəlxalq təşkilatlar, bütün beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyətləri və s. qurum və təşkilatların iştirakı üçün böyük bir platforma yaradılıb”, – nazir əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            255 17.09.24 22:48