Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır | 13:52 Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı | 13:45 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" | 13:37 Prezidentdən Əli Əsədovla bağlı Sərəncam | 13:30 Sabah hava necə olacaq? - 29.11.2026 | 13:24 Səlim Müslümova ağır itki |
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov Berboku Ermənistanla sülh prosesində fikir ayrılıqları barədə məlumatlandırıb

24.05.2024 21:24 2 427
Ceyhun Bayramov Berboku Ermənistanla sülh prosesində fikir ayrılıqları barədə məlumatlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok arasında telefon danışığı aparılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.

Alma-Ata şəhərində 10-11 may tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ümumilikdə, sülh prosesi çərçivəsində fikir ayrılıqları olan məsələlər nəzərdən keçirilib, danışıqların davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Son zamanlar Azərbaycanla-Ermənistan arasında baş tutan razılaşmalar və etimad quruculuğu tədbirləri, xüsusilə də delimitasiya komissiyaları tərəfindən əldə edilmiş razılığa əsasən Azərbaycana məxsus 4 kəndin geri qaytarılması və sərhəddin bir hissəsinin delimitasiya olunması sülh prosesi çərçivəsində əhəmiyyətli tədbirlər kimi qeyd edilib.

Telefon danışığı zamanı, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində “Petersberq İqlim Dialoqu” formatında Azərbaycan və Almaniya həmsədrliyi ilə tədbirin əhəmiyyəti vurğulanıb, bundan sonra da iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlığın vacib olduğu qeyd edilib.

Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər