Rusiya XİN Azərbaycan və Ermənistan tərəflərinin Almatıda apardıqları danışıqlara münasibət bildirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Rusiya XİN Azərbaycan və Ermənistan tərəflərinin Almatıda apardıqları danışıqlara münasibət bildirib

“Moskva mayın 10-da və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayır. Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə edilməsi istiqamətində daha bir addım atıldı”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin News.ru portalına müsahibəsində deyib.

O, Moskvanın Astananın bu istiqamətdə səylərini tam dəstəklədiyini vurğulayıb.

Yüksəkvəzifəli diplomat, həmçinin, Rusiyanın Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarı olduğunu qeyd edib.

“2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qərarı ilə yaradılan üçtərəfli İşçi Qrup üç ölkənin baş nazir müavinlərinin birgə sədrliyi ilə məhz bununla məşğul olur”, - deyə o bildirib.

Qaluzin diqqəti Qərb ölkələrinin təzyiqi ilə İrəvanın bu istiqamətdə üçtərəfli qarşılıqlı fəaliyyətin dondurulması barədə qərar qəbul etməsinə yönəldib.

“Üçtərəfli işçi qrup ritmik iş apardı və əhəmiyyətli nəticələr əldə etdi. Belə ki, qrupun 2023-cü ilin iyununda keçirilən 12-ci iclasında Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkili ilə bağlı ümumi anlaşma razılaşdırılıb. Demək olar ki, hərtərəfli, balanslaşdırılmış razılaşma əldə etdik. Lakin proses dayandı, ancaq burada bizim günahımız yoxdur - İrəvan Qərb dövlətlərinin təzyiqi ilə bu yolda da üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib. Biz təkcə Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sistemini blokdan çıxarmaq üçün deyil, həm də regionda davamlı sülhün bərqərar olması üçün mümkün qədər tez üçtərəfli işçi qrupun tamhüquqlu işini bərpa etməyi zəruri hesab edirik”, - deyə diplomat vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            687 15.05.24 12:33