Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Zaxarova: "Rusiya Cənubi Qafqazda kommunikasiyaların tamamilə açılmasının tərəfdarıdır"

15.11.2023 22:16 4 971
Zaxarova:
“Biz yalnız konkret marşrutun yaradılmasının deyil, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə blokdan çıxarılmasının tərəfdarıyıq".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı çıxışında bildirib.

"Biz bunun şəffaf, qarşılıqlı faydalı şəraitdə baş verməsinin tərəfdarıyıq. Bu, sadəcə söz deyil, işdir”, - Zaxarova deyib.

XİN sözçüsü qeyd edib ki, baş nazir müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində həm Ermənistan, həm Azərbaycanın, həm də onların qonşularının maraqlarına uyğun olaraq məhz bu cür iş aparılır.

Onun sözlərinə görə, üç ölkə liderinin 2021-ci ilin yanvarında başlatdığı kommunikasiyaların blokdan çıxarılması prosesi hələ də başa çatmayıb.

“Ermənistan rəhbərliyinə müqavilələri kağız üzərində yekunlaşdırmağa nəyin mane olduğunu çox yaxşı bilirik. Bu, Ermənistanın hazırkı rəhbərliyinin qərbli dostlarının məsləhətidir”, - Zaxarova əlavə edib.
//report

Son xəbərlər